Şəkidə ağır yol qəzası baş verib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KİA” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində biri azyaşlı olmaqla, iki nəfər hadisə yerində ölüb. Qəzada ağır xəsarət alan bir nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.