“Canişin” Naxçıvanında mədəniyyət: Etiraz edənləri “cüt doğuzdururlar”
“Naxçıvanın MR Mədəniyyət Nazirliyinin Aparat rəhbəri var – Vəli Səfərov. Bu ilin fevral ayının 23-də nazir əvəzi Həsən Seyidovun əmri ilə sözügedən vəzifəyə yüksəlib. Bu təyinata qədər isə o, Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb”.
Vətəninfo.az xəbər verir ki,bu məlumatı jurnalist,davamlı olaraq Naxçıvan MR-da baş verən hadisələri yayımlayan Heydər Oğuz “Facebook”sosial şəbəkəsindəki hesabında yayımlayıb.
Heydər Oğuzun yaydığı məlumatı,onun sosial şəbəkə hesanında olduğu kimi təqdim edirik.
Vəli Səfərovun Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunmasından sonra Muxtar Respublikanın mədəni həyatında nələrin dəyişdiyini yəqin ki, maraq edirsiniz.
Sözsüz ki, 2 ay bir vəzifəli şəxsin özünü göstərməsi üçün xeyli qısa müddətdir. Amma Vəli müəllimə halal olsun, bu qısa zaman ərzində o, öz mədəni səviyyəsini yüksək səviyyədə göstərə bilib.
Naxçıvan tarzənlərindən biri Vəli müəllimə Naxçıvan MR Filormaniyasının işçilərinin niyə haqqını yedikləri barədə sual ünvanlayıb. Aldığı cavab isə belə olub: “Səni cüt doğuzduraram, qurumsaq. Yaxşı eləyirəm, yeyirəm, sənə dəxli yoxdur. Uç”.
“