image-62b2c0af1c984backend

SENSASİON İDDİA: ”İlon Mask Texas yaxınlığında öz şəhərini salmağı planlaşdırır”

image-reklam_sirab_01

”SpaceX” və ”Twitter” şirkətlərinin sahibi İlon Maskın Amerika Birləşmiş Ştatların (ABŞ) Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini salmağı planlaşdırdığı bildirilib.

Vətəninfo.az xəbər verir ki, ”Wall Street Journal”-ın (WSJ) yaydığı məlumata görə, sözügedən şəhər Texas ştatının Ostin şəhəri yaxınlığında yerləşən Bastrop County bölgəsində salınacaq.

Məlumatda qeyd olunub ki, planlaşdırılan şəhər Texasda tikilən Maskın “SpaceX” və “Boring” şirkətinin məkanlarına bitişikdir.

Texas qanunvericiliyinə görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər. Bastrop dairəsinin nümayəndəsi bildirib ki, administrasiya nə sahibkardan, nə də onun təşkilatlarından açıqlama alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki