image-reklam-veteninfo
image-indir-3backend

Separatçı Artak Beglaryan: ” Xankəndindəkilər silahı yerə qoyun”

image-reklam-veteninfo

Separatçı Artak Beglaryan Xankəndindəki separatçılara müraciət edərək, təslim olmağı təklif edib.

Vətəninfo.az xəbər verir ki,Artak Beglaryan faceook sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, onu bu bəyanatına görə kimsə mühakimə edə bilməz.

Separatçı Artak Beglaryan bəyanatında qeyd edir ki, Xankəndindəki yoldaşları qərarları çox tez və cəsarətlə qəbul etməli və nə qədər çətin olsalar da, xalqa açıq şəkildə təqdim etməlidirlər və insanlar vəziyyətdən irəli gələn bu cərrahi addımı başa düşməlidirlər.

Artak Beglaryan bildirib ki, yalnız xankəndindəki silahlılar silahları yerə qoyduğunda Azərbaycanın atntiterror əməliyyatı dayana bilər. “Çünki qurbanların və yaralananların sayı sürətlə artır, Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə uğurlu əməliyyatları və uğurları daha da genişlənir”-deyən Artak Beglaryan əlavə edib ki, zaman onların əleyhinə işləyir. Artak Beglaryan bildirib ki, heç bir beynəlxalq aktor o cümlədən Rusiya və Amerika tərəfinin müharibəni dayandırmaq istəmədiyi göz qabağındadır. Belə çətin geosiyasi vəziyyətdə ciddi nəticə əldə edə bilməzlər: ” Biz tamamilə mühasirədə və tək qaldıq, hətta Ana Ermənistan da bu mübarizədə biziı tərk etdi.
Belə aşkar çıxılmaz vəziyyətdə əsas prioritet insan həyatının xilas edilməsi olmalıdır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki