image-5backend

Separatçılardan gülməli təklif: “Bakı, İrəvan və Moskvanın iştirakı ilə 3+1 formatı yaradılsın”

image-reklam_sirab_01

Qarabağdakı separatçılar düşdükləri vəziyyətdən çıxmağın ən asan yolunu, yəni Azərbaycana reinteqrasiya variantını bir kənara qoyub, xəyallarla yaşayırlar. Bunun üçün yeni yeni “təkli” və “fikirlər” ortaya atırlar.

Vətəninfo.az  xəbər verir ki, bu “nağıl təklif”lərdən birini də qondarma “parlament”in üzvü Metaxe Akopyan səsləndirib. O, “Hraparak” qəzetinə açıqlamasında deyib ki, Bakı və Xankəndi arasında birbaşa danışıqların təşkili üçün 10 noyabr razılaşmasını imzalamış ölkələr (Azərbaycan, Ermənistan və Rusiya) birgə işçi qrupu yaratmalıdırlar. “Həmin işçi qrupuna Qarabağdakı ermənilərin də nümayəndələri daxil olmalıdırlar. “3+1” formatı yəni. Bu formata əsasən Qarabağ nümayəndələrinin təklif və tələb irəli sürmək imkanı tanınmalıdır”.

Qeyd edək ki, separatçıların bu istəyinin Azərbaycan tərəfindən qəbulu mümkün deyil. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan dinc ermənilərə Azərbaycan vətəndaşı olmaq imkanı tanınıb. Bakı heç bir halda Xankəndini tərəf olaraq qəbul etməyəcək və buna gərək də yoxdur. Ona görə də, separatçıların “3+1 formatı” boş və mənasız cəhddən başqa bir şey deyil.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki