image-cefaafd5-7a16-3b7f-a36d-9eab32c0baaa_850backend

Serbiya parlamenti Ana Brnabiçin başçılıq etdiyi yeni hökuməti təsdiqləyib

image-reklam_sirab_01

Serbiya Xalq skupşinasının (250 yerlik parlament) deputatları iki günlük müzakirələrdən sonra səs çoxluğu ilə ölkə hökumətinin yeni tərkibini təsdiqləyiblər.

Bunu parlamentin spikeri Vladimir Orliç deyib.

“Səsvermədə iştirak edən 225 deputatdan 157-si təklifin lehinə, 68-i əleyhinə səs verib, bitərəf qalan olmayıb, 25 deputat prosesdə iştirak etmədi. 157 deputat qərarın lehinə səs verib, bu çoxluqdur, parlament hökuməti təsdiqlədi, təbrik edirəm”, – spiker bildirib.

Bundan sonra Nazirlər Kabinetinin yeni üzvləri and içib. Serbiya hökumətinə hazırkı Baş nazir Ana Brnabiç başçılıq edirdi.

Nazirlər Kabinetinə həmçinin üç baş nazirin müavini daxil olub: Baş nazirin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç, baş nazirin müavini və müdafiə naziri Miloş Vuçeviç və baş nazirin müavini və maliyyə naziri Sinisa Mali.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki