image-2backend

Sergey Şoyqu: ”Ukrayna ordusu heç bir istiqamətdə məqsədinə çata bilmədi”

image-reklam_sirab_01

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna əks-hücum zamanı qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, Sergey Şoyqu Rusiya ordusunun yüksək rütbəli komandirləri ilə videokonfrans vasitəsilə görüş keçirib.

Sergey Şoyqu Ukraynadakı müharibədə Rusiya ordusunun bütün təmas xətlərində fəal olduğunu söyləyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun əks-hücumlarına toxunaraq deyib: “Kiyev rejimi 3 aydır ki, böyük itkilərə baxmayaraq, əks-hücum həyata keçirməyə çalışır. Ukrayna ordusu heç bir istiqamətdə öz məqsədinə nail olmayıb. Ukrayna administrasiyası ümidsizcəsinə Qərbdən daha çox hərbi və iqtisadi yardım istəmək üçün hücumlarda uğur əldə etdiyini göstərməyə çalışır”.

Ukraynanın itkilərinə diqqət çəkən Sergey Şoyqu deyib:

“Əməliyyat başlayandan düşmən 66 min əsgər, 7600 silah itirib. Əks-hücumun uğursuzluğunu ört-basdır etməyə çalışan ukraynalı yaraqlılar mülki hədəflərə hücum edərək bunu hərbi qələbə kimi göstərir. Təkcə ötən ay Ukrayna aid 159 HIMARS raketi, 1000-dən çox PUA və 13 qanadlı raket vuruldu.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki