image-60f2d13bafd49backend

Səudiyyə Ərəbistanı İsrailin  nümayəndə heyətini ölkəyə buraxmadı

image-reklam_sirab_01

İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, Səudiyyə Ərəbistanı Dünya Turizm Təşkilatının konfransına dəvət edilən İsrail nümayəndə heyətinə viza verməkdən imtina edib.

Vətəninfo.az xəbər verir ki,  Ər-Riyad rəhbərliyinin bu münasibətə heç bir səbəb göstərmədiyi və BMT-nin “təşkilatın bütün üzvlərinə bərabər münasibət” tələbinə baxmayaraq belə bir yol izlədiyinə diqqət çəkilib. Səudiyyə Ərəbistanıdan mövzu ilə əlaqəli rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi Dünya Turizm Təşkilatının iki gün davam edəcək konfransı dünən öz işinə başlayıb. Səudiyyə Ərəbistanı ilə İran arasında 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpasına dair razılaşmanın diplomatik əlaqələri olmayan İsrail ilə Səudiyyə Ərəbistanı arasındakı “normallaşma imkanlarına” mənfi təsir göstərəcəyi gözlənilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki