image-news_20230310074131backend

Si Cinpin yenidən Çin prezidenti seçilib

image-reklam_sirab_01

Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının prezidenti vəzifəsinə seçki keçirilib.

Vətəninfo.az xəbər verir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR prezidenti seçilib. Bu, Si Cinpinin 3-cü müddətə (2023-2028-ci illər) dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.

14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədrinin hazırki müavini Han Cen isə vitse-prezident seçilib.

Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Xalq Nümayəndələri Yığıncağının illik sessiyası martın 5-dən davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki