image-1backend

Şimali Koreya dünyaya meydan oxuyur: Sualtı nüvə sistemini sınaqdan keçirdi

image-reklam_sirab_01

Şimali Koreya ABŞ, Yaponiya və Cənubi Koreyanın hərbi təlimlərinə cavab olaraq Heil-5-23 sualtı nüvə sistemini sınaqdan keçirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“KXDR Milli Müdafiə Akademiyasının Sualtı Silah Sistemləri İnstitutu Koreyanın Şərq dənizi akvatoriyasında hazırlanmaqda olan “Heil-5-23” sualtı nüvə silahının mühüm sınağını keçirib”, – deyə  bəyanatda deyilir.

Şimali Koreyanın Müdafiə Nazirliyi bildirib ki, sınaqlar ABŞ-ın nüvə mühərrikli təyyarə gəmisi Carl Vinson, Aegis çoxməqsədli döyüş sistemi ilə təchiz edilmiş Princeton kreyseri və Yaponiya və Cənubi Koreya donanmalarının gəmilərinin iştirakı ilə Ceju adasının ətrafında üç günlük dəniz təlimlərinə cavabdır. .

Adı açıqlanmayan nazirlik rəsmisi ABŞ, Cənubi Koreya və Yaponiyanı təlimlərin “çılğın tempinə” görə günahlandırıb və “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki