image-image_750x_6405a190d40c7backend

Şols Baydeni təriflədi: “Ən təcrübəli prezidentlərdən biridir”

image-reklam_sirab_01
Almaniya kansleri ABŞ Prezidentini “transatlantik tərəfdaşlıq baxımından” güclü fiqur adlandırıb

Almaniya kansleri Olaf Şols ABŞ Prezidenti Co Baydeni ən təcrübəli prezidentlərdən biri kimi xarakterizə edib.Vətəninfo.az  xəbər verir ki, kansler bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Alman siyasətçinin fikrincə, Bayden beynəlxalq münasibətlər haqqında çox məlumatlıdır: “Düşünürəm ki, o, dünyada işlərin necə aparıldığını bilən ən təcrübəli prezidentlərdən biridir”.

Şols Ağ Ev rəhbərini “Avropa, eləcə də dünya sülhü və NATO üçün böyük əhəmiyyət kəsb edən transatlantik tərəfdaşlıq baxımından” güclü fiqur adlandırıb.

Qeyd edək ki, martın 3-də ABŞ və Almaniya liderləri arasında görüş keçirilib. Tərəflər Rusiyaya qarşı sanksiya siyasətini “lazım olduğu qədər” davam etdirmək barədə razılığa gəliblər. Liderlərin görüşündə Ukrayna xalqı ilə qlobal həmrəyliyə çağırış edilib, humanitar, iqtisadi və siyasi sahələrdə Kiyevə dəstək müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki