image-8a4d87ce-6108-37a3-b2f1-6821b16e2508_850backend

Şoltsun Makron və Draqi ilə birlikdə Ukraynaya səfəri şübhə altındadır

image-reklam_sirab_01

Almaniya kansleri Olaf Şoltsun Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə birlikdə Ukraynaya səfəri şübhə altındadır.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, Şolts jurnalistlərin onun cədvəlində bu həftə Ukraynaya səfərinin olub-olmaması sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, daha əvvəl bir sıra mətbu orqanlar Şolts, Makron və Draqinin Avropa həmrəyliyini nümayiş etdirmək üçün iyunda Ukraynaya birgə səfər edəcəyini xəbər veriblər.

Lakin sonra səfərin iyunun 16-da baş tuta biləcəyi barədə məlumat yayılıb.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski ZDF-yə müsahibəsində bildirib ki, Solts və hökuməti qərar verməlidir: Ukrayna ilə Rusiya arasında münasibətlərdə balansı saxlamaq cəhdi olmamalıdır. Zelenski Almaniya kanslerinin Kiyev və Moskva arasında münasibətlərdə tarazlığı saxlamaq cəhdlərini tənqid edib. Ukrayna Prezidenti həmçinin kansleri Ukrayna ilə münasibətlərdə daha birmənalı olmağa çağırıb.

Soltsun ​​Ukraynaya mümkün gəlişi barədə xəbərləri şərh edən Zelenski deyib ki, bu səfər yalnız fotoşəkillərlə məhdudlaşmamalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki