Vətəninfo.az-ın redaksiyasına Azərbaycan Respublikasının sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla bağlı maraqlı bir məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ,2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan, Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunaraq həbs edilən, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılan Səlim Müslümov bu günlərdə vəzifəyə təyin edilib. Məlumata görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan dövlətindən nə az, nə çox, düz 27 milyon manat oğurlayan Səlim Müslümov ali təhsil ocaqlarından birinə kafedra müdiri təyin olunub.
Məlumata görə, Səlim Müslümov Azərbaycan dövlətindən oğurladığı 27 milyon manatı tam ödəmiş olsa da, hələ də haqqında davam edən məhkəmə prosesi aparılır. Maraqlıdır ki, Səlim Müslümov səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Gürünür sabiq nazir özünü xəstəliyə vurmaqla,həm məhkəmə heyətini, həm də dövlət ittihamçıların inandıra biib.
Vətəninfo.az


























