Vətəninfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərə görə, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda son vaxtlar
aparılan yoxlamalardan sonra, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı general polkovnik Kərəm Mustafayev
tutduğu vəzifədən azad edilib. Məlumata görə müvafiq əmirlə Vətən Müharibəsi Qəhrəmanı general mayor Kənan Seyidov
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsinə təyin edilib.