Rusiyanın “Moskva” kreyseri “Harpun” gəmi əleyhinə raketi ilə vurulub.
Veteninfo.az-ın “Unian.net” saytına istinadən xəbərinə görə, bu barədə Odessa Hərbi Vilayət Administrasiyasının Operativ Qərargahının mətbuat katibi Sergey Bratçuk bildirib.
O, qeyd edib ki, ağır zədə almış hərbi gəmi azı 1 illik döyüş qabiliyyətini itirib.
Qeyd edək ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.
Məlumaat görə, kreyserdə desant və ekipaj üzvləri olmaqla, 510 nəfər var.
Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb ki, yanğın zamanı hərbi sursatın partlaması nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri çox ciddi zədələnib.
“Moskva” raket kreyserində yanğın nəticəsində hərbi sursat partlayıb. Gəmi ciddi zədə alıb. Heyət tam təxliyə olunub”, – Nazirlikdən bildirilib.
“Moskva” kreyserinin göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur.
“Moskva” Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə flaqmanı və ən güclü silahlandırılmış gəmisi sayılır.