image-xmrpc79ig0yvmxrc8-nmrgbackend

SON DƏQİQƏ: Ukraynaya havadan raket hücumu başladı, daha bir şəhər yer üzündən silinir

image-reklam_sirab_01

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

03:22

Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket zərbəsi endirib.

Bu barədə Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk teleqram kanalında bildirib. O, qeyd edib ki, raket zərbəsi nəticəsində ölənlər var.

“Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar sonra…”, – o bildirib.

Hadisə “Pivden” əməliyyat komandanlığından də jurnalistlərə də təsdiqlənib.

“Raket düşüb, ölənlər var”, – komandanlıq qeyd edib.

“RBC Ukraina” isə Odessaya 2 raketin atıdlığını, onlardan birinin 9 mərtəbəli yaşayış binasına düşdüyünü xəbər verib. Qeyd edilir ki, binanın dağıntıları altından 6 nəfərin meyiti çıxarılıb. Hücum zamanı daha 7 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Digər mətbu orqanlar Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə istinadən hücum zamanı 10 nəfərin həlak olduğunu xəbər veriblər.

Hazırda yaralıların sayı dəqiqləşdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki