image-920200f2-2913-3ed8-ae84-b07dac42cf1b_850backend

Şotlandiya müstəqilliklə bağlı növbəti referendumu keçirməyi planlaşdırır

image-reklam_sirab_01

Şotlandiyanın Baş naziri Nikola Sturgeon gələn il ölkənin müstəqilliyi ilə bağlı növbəti referendum keçirmək niyyətində olduğunu bəyan edib.

“Veteninfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Sturgeon planlarını tezliklə Şotlandiya parlamentinə açıqlayacağını bildirib.

Nazir Britaniya parlamentinin təsdiqi olmasa belə, hökumətin referendum keçirmək üçün hüquqi cəhətdən təhlükəsiz alternativ üsul hazırladığını vurğulayıb.

“Şotlandiya Böyük Britaniyanın iqtisadi modelinə sadiq qalacaq, bununla yanaşı, Avropa ölkələrinə istiqamət götürəcək və krallıqdan ayrılmağa çalışacaq”, – Baş nazir qeyd edib.

“The Guardian” bildirib ki, Strurgeonun planları uzun sürən məhkəmə çəkişmələrinə səbəb ola və ölkənin ali məhkəməsi referendumu qadağan edə bilər.

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib. Şotlandların 55 %-dən çoxu Böyük Britaniyanın tərkibində qalmağa səs verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki