“Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi tərəfindən “Münaqişələrdən çıxış yolları” mövzusunda növbəti maarifləndirici seminar təşkil olunub.
Tədbirdə “Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri Yusif Bəkirov çıxış edərək iştirakçılara münaqişələrdən necə xilas olmaq, problemlərin sülh yolu ilə həlli mexanizmləri və gərginliklərin aradan qaldırılması üsulları barədə geniş mühazirə oxuyub. Seminar zamanı qarşılıqlı anlaşma, dialoq mədəniyyəti və çətin vəziyyətlərdə düzgün qərarların verilməsi mövzusunda faydalı müzakirələr aparılıb.



























