image-62ccfef1-feee-4b42-a0d2-b7b96233a9efbackend

SÜLHMƏRAMLILARIN SEPARATÇILARA YARDIMI İFŞA OLUNDU… – Fotolar 

image-reklam_sirab_01

Qarabağdakı qanunsuz erməni birləşmələrinin hərbi karvanının rus sülhməramlılarının müşayiəti altında hərəkət etməsinə dair video yayılıb.

Bu barədə “Caliber” nəşrinin yayımladığı 03.07.2023-cü il tarixili video və foto materiallarda rus sülhməramlılarının müşayiəti altında Ermənistana məxsus hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.

Nəşrin əldə etdiyi məlumata görə, kolonun əvvəlində Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir ədəd çadırlı “Ural” və su çəni olan bir ədəd “KamAZ”, sonda isə BTR-82A hərəkət edir.

Hərbi kolonla qanunsuz erməni silahlı birləşmələrinin postlarına ərzaq, su və sursat daşındığı bildirilib.

 


 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki