Şuşa şəhərində NexGen: Sosial İnnovasiyalar Forumu təşkil olunub.
Vətəninfo.az xəbər verir ki, forum “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024″ Beynəlxalq Proqramı çərçivəsində baş tutub.
NexGen: Sosial İnnovasiyalar Forumuna dövlət rəsmiləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, İƏT ölkələrinin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb. (Report)