image-heyder-3backend

Taleyi dəyişən seçkilər

image-reklam_sirab_01

 

20 Yanvar facisəninin ardından ölkədə baş qaldıran hərc-mərclik,hakimiyyətin bölünməsi riski ilə bərabər Qarabağ uğurunda müharibə Azərbaycan xalqını çətin vəziyyətlə üz-üzə qoymuşdu.1993-1994-cü illərdə davam edən müharibənin fəsadları islahat prosesində ləngimələr əmələ gətirmiş,ölkənin iqtisadi vəziyyəti olduqca zəifləmişdi.Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı belə bir dövrdə xalq ayağa qalxdı.Azərbaycan xalqı 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edən,eyni zamanda Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq,1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmiş Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti olaraq görmək istəyirdi.

1993-cü ilin 3 oktyabrından 30 ildən çox idarəçilik təcrübəsinə malik,dünya səviyyəli siyasətçi Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı.Bu mühüm hadisə respublikamızın idarəçiliyində olduqca əhəmiyyətli və tarixi dəyişikliklərə səbəb oldu.Hakimiyyətə gəlişi ilə keçirdiyi siyasi,iqtisadi,sosial-mədəni islahatlarla son dərəcə zəifləmiş dövləti dirçəltməyə nail olan Ulu öndər daxili siyasətdə həyata keçirdi bir sıra islahatlarla  iqtisadiyyatda azad bazar münasibətləri təşəkkül tapmış,özəlləşdirməyə start verilmiş,özəl sahibkarlığın inkişaf etdirilməsi,yeni iqtisadi münasibətlərin bərqərar olması,gömrük,vergi və maliyyə sisteminin yenidən qurulması,ticarətin liberallaşdırılması,kənd təsərrüfatında torpaq islahatlarının reallaşdırılması,əhalinin rifah halının yaxşılaşdırılması,təhsil və səhiyyə şərtlərinin əlverişliliyinin artırılması məqsədilə zəruri hüquqi infrastrukturun yaradılması üçün çox vacib qanunlar qəbul olunmuşdur.Kiçik müəssisələrin özəlləşdirilməsi sayəsində xidmət sektoru əsasən özəl sahibkarlığın əlində cəmləşdi.Əhalinin rifahı üçün görülən tədbirlər sırasında,kənd təsərrüfatı sahəsində torpaq vergisi istisna olmaqla digər bütün vergilərin 5 il müddətinə tətbiq edilməməsi və kənd təsərrüfatı müəssisələrinə güzəştli yanacaq təminatının verilməsi xüsusi əhəmiyyət kəsb edirdi.Hyedər Əliyev Orduda milli quruculuq işlərini həyata keçirdi və Ermənistanın təcavüzkar planlarının qarşısı alınmağa başlandı.1994-cü ilin mayında Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.Cəbhədə atəşkəsin elan olunması ölkə daxilində sabitliyin bərqərar olmasına şərait yaratdı ki,bu da öz müsbət təsirini həm iqtisadi,həm sosial sahədə də göstərməyə başladı.Artıq qarşıda duran məsələ Qarabağ problemini beynəlxalq sferada həll etmək idi.Heydər Əliyev misilsiz siyasətçi idi və bu problemi qısa müddətdə həll etməyə Azərbaycanın hazır olmadığını bilirdi.İlk növbədə beynəlxalq sferada mühüm işlər həyata keçirilməli,haqlı tərəfin Azərbaycan olduğu bütün dünyaya bəyan edilməli idi.Azərbaycan diasporunun dünyada möhkəmləndirilməsi,iqtisadiyyatda yüksəliş,Azərbaycan Ordusunun tam hazır vəziyyətə gətirilməsi kimi əhəmiyyətli məsələlər uzun zaman alacaq lakin təmiz Qələbəyə aparacaq siyasət idi.

1994-cü ildən başlayaraq mühüm iqtisadi tədbirlər həyata keçirilməyə başlandı ki,bunlardan 1994-cü ilin 20 sentyabr tarixində dünyanın ən nəhəng neft korporasiyaları ilə “Əsrin Müqaviləsi”-nin  imzalanması mühüm yer tutur.Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra uzaqgörən siyasəti ilə Azərbaycanın xarici bazarlara çıxmasını təmin etmiş,bir çox beynəlxalq təşkilatlara üzv olmuşdu.Məhz bütün bunlar sayəsində dünya bəlkə də varlığını unutmuş Azərbaycanı yenidən tanıdı və bu gün təməlini qoyduğu bu siyasi xəttlə Azərbaycan dünyada öz sürətli iqtisadi inkişafına görə liderliyini qoruyub saxlayan dövlətlərdəndir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda siyasi sabitliyin və iqtisadi inkişafın təməli qoyuldu.1995-ci ilin aprelində Azərbaycanla bağlı Beynəlxalq Valyuta Fondunun ilk sabitləşdirmə proqramı qəbul edildi və 1995-ci ildə BVF və digər beynəlxalq institutların köməyindən yararlanan Azərbaycan maliyyə sabitlik siyasətini aparmağa başladı.“Elektroenergetika haqqında”, “Qiymətli Kağızlar haqqında”,“Məşğulluq haqqında” qanunların “Girov Qanunu”-nun işlənib hazırlanması,neft gəlirlərinin vahid sistemdə toplanması,neft gəlirlərinin şəffaf qaydalar üzrə sərf olunmasını təmin etmək üçün Neft Fondunun yaradılması Ulu Öndər Heydər Əliyevin siyasi xətti ilə həyata keçirilən tədbirlərdəndir.Heydər Əliyev tərəfindən 2001-ci ilin martında “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Üzrə Dövlət Porqramı” təsdiq edilmişdir.Beləliklə,1995-2003-cü illəri əhatə edən dövrdə bazar münasibətlərinə keçidin bazası formalaşdırıldı,iqtisadi böhran aradan qaldırıldı,iqtisadiyyatda şəffaflıq əldə olundu.

Ulu Öndər Heydər Əliyev uşaqları və gəncləri Azərbaycanın gələcək inkişafının davamçıları olaraq görür və öz çıxışlarında hər zaman bunu dilə gətirirdi.Hələ,1993-cü ildə hakimiyyətə qayıdışından sonra respublikada həyata keçiriləcək gənclər siyasəti beş mühüm istiqaməti ehtiva edirdi,bunlar,milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması və gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyə edilməsi,gənclərin elmi və intellektual potensialının arıtırlması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi,gənclərin təşkilatlanmasının təmin edilməsi və dövlətin müstəqillliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində birləşməsinin gücləndirilməsi,dövlət idarəçiliyində gənclərin rolunun artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması, gənclərin Azərbaycan dövətinin beynəlxalq aləmə inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə etmələri üçün imkanların yaradılması idi.1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması,1996-cı ildən başlayaraq Azərbaycan Gənclərinin forumlarının keçirilməsi Ulu Öndərin həyata keçirdiyi gənclər siyasəti iqtiqamətində əhəmiyyətli yer tutur.1996-cı il 2 fevral tarixində keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev öz nitiq ilə gənclər qarşısında mühüm vəzifə qoydu: “Hər bir Azərbayan gənci hər şeydən çox,hər şeydən artıq müstəqil Azərbaycanın bugünü,gələcəyi haqqında düşünməldir”.Bu sözlər hər bir Azərbaycan gəncinin yaddaşına həkk olundu.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə demək olar ki,Azərbaycanda idmanın inkişafının təməli qoyuldu.Burada əsas mühüm məsələ isə İlham Əliyevin şəxsən idmançılarla tez-tez görüşməsi,onları ruhlandırması idi.Artıq Azərbaycanı təmsil edən idmançılar beynəlxalq yarışlarda qələbələri ilə seçilməyə başladılar.Məhz bununla Azərbaycanda idman sürətlə inkişaf etməyə başladı,təkcə 2015-ci ildən bəri mühüm beynlxalq idman yarışlarına Azərbaycanın ev sahibliyi etməsi inkişafı sübut etməyə kifayət edir.

Ulu Öndər Heydər Əliyevin mühüm siyasi xəttindən biri isə “Azərbaycançılıq məfkurəsi”nin formalaşdırılması idi.Ulu Öndər Azərbaycanda multikulturalizmin bir siyasi xəttdən əlavə həyat tərzi olduğunu öz çıxışlarında daim bəyan edirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir,üstünlüyümüzdür.Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.Ərazimizdə yaşayan azərbaycanlı da,ləzgi də,avar da,kürd də,talış da,udin də,kımık da,başqası da – bütünlükdə hamsısı azərbaycanlıdır”deyən Heydər Əliyev bu fikirləri ilə “Azərbaycançılıq” prinsipini milli ideologiya kimi irəli sürdü.Bu siyasi xətti indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.Şuşanın azad olunduğu gün xalqa müraciətində “Mən xoşbəxt insanam ki,ata vəsiyyətini yerinə yetirdim” deməsi,məhz Ulu Öndərin həyata keçirəcəyi işlərin yarım qalmadığının sübutudur.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı

İsmayılova Ayşən İbrahim qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki