I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat artıq başa çatıb.
Vətəninfo.az-ın məlumatına görə, ümumilikdə 85150 nəfər qeydiyyatdan keçib.
Bu göstərici ötən illə müqayisədə 5 min nəfər artıb. 2023-cü ildə imtahanın birinci cəhdi üçün 79758 nəfər qeydiyyatdan keçmişdi.
Ümumilikdə ötən illə müqayisədə müraciət edənlərin sayı 6.7 faiz artıb. Azərbaycan bölməsində artım 6.4%, rus bölməsində isə 10.3 faiz təşkil edib.
Ayrı-ayrı qruplar üzrə rəqəmlərə nəzər yetirdikdə, ən çox artım III qrupdadır. 2023-cü ildə bu qrupda 22149 nəfər qeydiyyatdan keçmişdirsə, bu il 25139 nəfər olub.
Ətraflı
I ixtisas qrupuna müraciət edənlərin sayı ötən illə müqayisədə 1500 nəfər, II qrupda təxminən 800 nəfər, IV qrupa sənəd verənlərin sayı isə 350 nəfər artıb.
Müraciət edənlərin sayında daha çox artım müşahidə edilən qruplarda rəqabətin daha yüksək olacağı gözlənilir.
2024-cü ildə qeydiyyatdan keçənlərin statistikası
2023-cü ildə qeydiyyatdan keçənlərin sayı