image-64200c4662a3abackend

“Terrorçulara helikopter versələr belə…” – Akar

image-reklam_sirab_01

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, terrorçulara helikopter versələr belə, bunların əbəs cəhdlər olduğunu hamı görməlidir.

Vətəninfo.az xəbər verir ki, Hatay vilayətinin Reyhanlı rayonunda olan H.Akar Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhəddində əzm və qətiyyətlə millətin sülh və təhlükəsizliyi üçün terrora qarşı mübarizəni uğurla davam etdirdiyini vurğulayaraq deyib: “Terrorla mübarizə sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Onların ədalətə təslim olmaqdan başqa çarələri yoxdur. Terrorçular bunu bilməlidir. Həmçinin biz hamının görməsini istəyirik ki, terrorçulara hətta vertolyot bağışlasalar və onlara dəstək verməyə davam etsələr belə, bunlar əbəs səylərdir. Terror təşkilatları ilə bir araya gələ bilmərik. Bu sevdadan əl çəksinlər. 40 ildir ki, ölkəmizin başına bəla olan terror təşkilatını bitirməkdə əzmli və qərarlı olduğumuzu hər kəs bilməlidir. İnşaallah, soylu millətimizi terror bəlasından xilas edəcəyik”.

Qeyd edək ki, İraqın şimalındakı Türkiyə sərhədindən 60 km. aralıda yerləşən Duhok şəhərində müəmmalı helikopter qəzası baş verib. Naməlum helikopter naməlum səbəbdən qəzaya uğrayıb. Qəzada aralarında qadınların da olduğu 7 nəfər ölüb.

Şimali İraq Regional Kürd Hökuməti “Duhokda qəzaya uğrayan helikopterdə terror təşkilatı PKK üzvlərinin olduğu”nu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki