Növbədənkənar parlament seçkilərində təşviqat aparılması üçün açıq və qapalı məkanarla bağlı siyahı hazırlanmalıdır.
Vətəninfo.az-ın məlumatına görə, bunu Mərkzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSKnın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, siyahılar tez bir zamanda hazırlanmalıdır ki, namizədlər yerlər barədə məlumatlı olsun.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu istiqamətdə iş aparılır. “Əsasən ənənəvi görüşülərin keçirildiyi yerlərə üstünlük verilir. Yerlərdən gələn məlumatlar təhlil olunur və bütün yerlər müəyyənləşib ictimaiyyətə təqdim olunacaq və namizədlər də məlumatlı olacaq”, – deyə o əlavə edib.