image-arzumanbackend

“Tezliklə Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq” – Arzuman Muradlı

image-reklam_sirab_01

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Politoloq Arzuman Muradlı Vətəninfo.az saytına açıqlamasında bildirib ki, bu görüşləri sayı artırılmalıdır.

“Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün təmaslar daha da sıxlaşdırılmalıdır. Artıq birinci görüşdən sonra müəyyən müzakirələr oldu. Görünən odur ki, erməni cəmiyyəti separatçılardan yaxa qurtarmağa çalışır. Erməni cəmiyyəti anlayır ki, onların nicatı yalnız Azərbaycanın himayəsi altında yaşamaqdan ibarətdir. Mən əminəm ki, tezliklə Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki