image-tramp-putin-696x464backend

Tramp: “Baydenin yerinə olsam, işğalla razılaşıb, müharibəni dayandırardım”

image-reklam_sirab_01

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin yerinə olsa, yeni ərazilərin işğalı bahasına olsa belə, Ukraynaya genişmiqyaslı müdaxilənin qarşısını almaq üçün Rusiya ilə razılaşardı.

Bu barədə Tramp Fox News-un aparıcısı Şon Hennitiyə müsahibəsində deyib. O, əvvəlki prezidentlər dövründə Rusiyanın Gürcüstan və Ukraynanın bəzi hissələrini necə işğal etdiyini, Bayden dövründə isə hətta “yağlı tikə” əldə etdiyini xatırladıb.

“Trampın dövründə Rusiya heç bir yeri işğal etmədi. Çünki Putin başa düşürdü ki, bunu etmək olmaz. Hətta hansısa razılaşma olmadan da. Mən bunu edə bilərdim. Ən pis halda, razılaşa bilərdim ki, Rusiya haranısa ələ keçirsin. Ukraynada müəyyən ərazilər var ki, orada rusdillilər yaşayır, razılaşmaq olardı”, – Tramp bildirib.

Bir müddət əvvəl Tramp bildirmişdi ki, Zelenski ilə Putin arasında şəxsi danışıqlar təşkil etməklə Ukraynadakı müharibəni 24 saat ərzində həll edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki