image-0439895c-2395-3964-a8d9-f0d38a62ac24_850backend

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bir il yubandıra bilər

image-reklam_sirab_01

Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını bu ölkələr Türkiyənin tələblərini yerinə yetirənə qədər təxirə salmağa hazırdır. Bu, bir il çəkə bilər.

“Veteninfo” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç bildirib.

“Bu, həyati vacib milli maraq məsələsidir və lazım gələrsə, onların üzvlüyündən bir il müddətinə imtina etməyə hazırıq. Türkiyə NATO-nun ikinci ən böyük ordusudur və Ukraynanın müdafiəsinə kömək etmək üçün bu ölkəni pilotsuz təyyarələrlə təmin edir. Biz daha çox hörmətə layiqik”, – Kılıç deyib.

Millət vəkili əlavə edib ki, Türkiyə Alyansa üzvlükdən irəli gələn bütün öhdəlikləri yerinə yetirir.

“Onlar nə edəcəklər? Vətəndaşlarımızı öldürən, sərhədlərimi tapdalayan, ölkəm üçün ekzistensial təhlükə yaradan terror təşkilatlarına sığınacaq verdilər. Biz yalnız tələb edirik ki, heç bir fərq qoyulmasın: terror təşkilatı terror təşkilatıdır”, – Kılıç deyib.

O, Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərinə baxılmasının gecikdirilməsinin Türkiyədə qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirilməsinə etirazını bildirib. Qeyd edək ki, hər iki ölkə PKK terrorçularına dəstək verir. Həm Finlandiyada, həm də İsveçdə PKK tərəfdarlarının aksiyaları keçirilir. Avropa Birliyi və ABŞ PKK-nı terrorçu təşkilatlar siyahısına salıb.

Kılıc ABŞ-la silah müqavilələri ilə bağlı danışıqların aparılmadığını əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki