image-44backend

Türkiyə milliləri Ermənistanda 1-ci oldular

image-reklam_sirab_01

Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının ilk günündə 45 kiloqramda fəxri kürsüyə yüksələn Türkiyənin milli atleti Cansu Bektaş yeniyetmələr arasında 3 Avropa rekordu qıraraq, eyni anda 3 qızıl medal qazandı.

Vətəninfo.az xəbər verir ki, İrəvanda aprelin 15-də böyüklər arasında ağır atletika üzrə Avropa çempionatı başlayıb.

40 ölkədən 172-si qadın olmaqla 318 idmançının iştirakı ilə keçirilən tədbirin ilk günündə Türkiyə Milli Komandası idmançıları 4 medal qazanıb.

Qadınlar arasında 45 kq. çəki dərəcəsində fəxri kürsüyə yüksələn Cansu Bektaş birdən qaldırmada 72, silkmə ilə qaldırmada 90, təkanla qaldırmada 90, ümumilikdə isə 162 kq. nəticə ilə yeniyetmələr arasında 3 Avropa rekordu qırıb və eyni anda 3 qızıl medal qazanıb.

Eyni çəki dərəcəsində fəxri kürsüdə olan Qamze Altun təkanla qaldırmada 89 kiloqram nəticə ilə gümüş medala sahib olub. Birdən qaldırmada 63 kiloqramı qaldıraraq 5-ci yeri tutan Türkiyə millisi ümumilikdə 152 kiloqram nəticə ilə Avropa çempionatını 4-cü başa vurub.

Yarışdan sonra medalları idmançılara Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tələt Ünlü təqdim edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki