image-bez-nazvaniyabackend

Türkiyə müxalifəti seçkilərə hansı yol xəritəsi ilə gedir?

image-reklam_sirab_01

Dünən axşam vahid namizədini elan edən Türkiyə müxalifəti Kamal Kılıcdaroğlunun prezident seçiləcəyi təqdirdə görəcəyi işlər barədə də razılığa gəlib.

Vətəninfo.az xəbər verir ki, “Millət İttifaqı” liderləri parlament üsul-idarəsinə keçidin yol xəritəsini elan ediblər.

– Bildirilir ki, parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişiklikləri yeni parlament tablosunun imkan verdiyi ən qısa müddətdə tamamlanacaq;

– Keçid dövründə 5 siyasi partiyanın liderləri vitse-prezident vəzifəsini tutacaq;

– Ankara və İstanbul bələdiyyə başqanları yeni prezidentin uyğun görəcəyi zamanda və müvafiq səlahiyyətlərlə vitse-prezident təyin olunacaq;

– Vitse-prezdentlər formal olmayacaq, xüsusi prezident qərarnaməsi ilə onların konkret cavabdehlik sahələri müəyyənləşdiriləcək;

– Prezident yanında yaradılmış bütün şuralar və ofislər ləğv ediləcək;

– Hökumət formalaşdırılarkən hər partiyaya 1 nazirlik veriləcək, digər nazirliklər bu partiyaların parlament seçkisində alacağı səslərə uyğun bölüşdürüləcək. (Bu, o deməkdir ki, nazirlər əsasən CHP və İyi Partidən olacaq);

– Nazirlərin təyinatı və çıxarılması onların təmsil etdiyi partiyanın lideri ilə məsləhətləşmə şəraitində həyata keçiriləcək;

– Prezident önəmli qərarları (fövqəladə vəziyyətin elanı, milli təhlükəsizlik məsələləri, yüksək vəzifəli dövlət məmurlarının təyinatı və s.) vitse-prezidentlərlə məsləhətləşmə şəraitində qəbul edəcək;

– Parlament sisteminə keçdikdən sonra erkən seçki olmayacaq, prezident və TBMM səlahiyyət müddətini tamamlayacaq…

Bütün bunlar həm prezident, həm də parlament seçkilərində qələbə əldə olunacağı təqdirdə mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki