image-6backend

Türkiyə və ABŞ hərbçiləri Vaşinqtonda danışıqlar aparıblar

image-reklam_sirab_01

Vaşinqtonda ABŞ-Türkiyə Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı baş tutub.

Bu barədə Veteninfo.az  “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti iki ölkənin müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşünün konstruktiv və müsbət keçdiyini bildirib. Qeyd edilir ki, görüşdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti görüş Türkiyədə baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki