image-d44549fa-2a99-381e-89d5-42797d1c2efb_850backend

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib

image-reklam_sirab_01

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 YPG terrorçusunu (PKK terrorçu qruplaşmasının Suriya qanadı – red.) zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarının keçirildiyi ərazilərə hücum etməyə cəhd etsələr də, müvəffəqiyyətlə məhv ediliblər.

Qeyd edək ki, PKK silahlılarının 1984-cü ildən bu günə kimi Türkiyədə törətdikləri terror aktları nəticəsində təhlükəsizlik qüvvələrinin xeyli sayda əməkdaşı, mülki vətəndaşları həlak olub. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki