image-1backend

Türkiyə yeni raketini sınaqdan keçirdi

image-reklam_sirab_01

Türkiyə Müdafiə Sənayesi Rəhbərliyinin (SSB) himayəsi ilə atılan və Roketsan tərəfindən hazırlanan Atmaca raketi, Kale Ar-Ge tərəfindən hazırlanan Türkiyənin ilk yerli və milli Turbojet Mühərriki (KTJ-3200) ilə həyata keçirilən atışlarda hədəfini müvəffəqiyyətlə vurub.

Vətəninfo.az xəbər verir ki,  bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün deyib.

“Milli mühərriklərimizlə güclənən milli platformalarımız müdafiə sənayemizin tam müstəqillik hədəfini sürətləndirir və meydandakı oyunları dəyişir. Roketsan tərəfindən hazırlanan ATMACA raketi, Türkiyənin Kale Ar-Ge tərəfindən hazırlanmış ilk yerli və milli Turbojet Mühərriki (KTJ-3200) ilə hədəfini müvəffəqiyyətlə vurdu ” – deyə Görgün qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki