Türkiyənin Aydın şəhəri sahillərində rezin qayıqla xaricə getməyə cəhd göstәrәn 72 qeyri-qanuni miqrant saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığından verilən bəyanatda bildirilib. Bəyanatda qeyd olunub ki, pilotsuz uçuş aparatı vasitəsilə miqrantların xaricə getdiyi müəyyən edilib. Daha sonra bölgəyə sahil mühafizə dəstələrinin göndərildiyi bildirilib.Rezin qayıqda 52 qeyri-qanuni miqrantın olduğu vurğulanıb.
Qeyd edək ki, Aydının Didim qəsəbəsində də 20 qeyri-qanuni miqrant saxlanılıb. Miqrantların rezin qayıqla xaricə getməyə cəhd göstərdikləri bildirilib.
Qeyri-qanuni mmiqrantlar əməliyyatlardan sonra Miqrasiya İdarəsinə göndərilib.


























