image-60bb3cdcdefd5backend

Türkiyədə keçiriləcək seçki təqvimi elan olundu

image-reklam_sirab_01

Türkiyədə mayın 14-də keçiriləcək prezident və 28-ci dövr parlament seçkilərinin təqvimi “Resmi Gazete”də dərc olunub.

Vətəninfo.az xəbər verir ki, seçkilərdə ittifaqla iştirak edəcək partiyalar 18-24 mart tarixləri arasında protokollarını Yüksək Seçki Şurasına (YSK) təqdim edəcək.

Siyasi partiyalar və prezidentliyə namizədlər üçün müraciətlər 23 mart cümə axşamı Türkiyə vaxtı ilə saat 17.00-a qədər edilə bilər.

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də “Resmi “Gazete”də dərc olunacaq.

Seçkilərdə iştirak edəcək siyasi partiyalar ən geci aprelin 9-u bazar günü saat 17:00-a qədər parlament siyahılarını YSK-ya təqdim etməlidirlər.

Xaricdə və gömrük qapılarında səsvermə aprelin 27-də başlayacaq və mayın 9-da başa çatacaq.

Prezident və millət vəkillərinin ümumi seçkiləri 14 may 2023-cü il bazar günü, ikinci səsvermə keçiriləcəyi təqdirdə isə prezident seçkiləri 28 may 2023-cü il bazar günü keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki