image-4617f857-070c-3918-a84f-36a694e82603_850-2backend

Türkiyədə PKK-nın 2 terrorçusu zərərsizləşdirilib

image-reklam_sirab_01

Türkiyənin cənub-şərqində “Eren Abluka” əməliyyatının növbəti mərhələsi çərçivəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Antiterror əməliyyatının növbəti – 17-ci mərhələsi Şirnak vilayətinin Beytyuşşebap rayonu yaxınlığında həyata keçirilib.

Əməliyyata xüsusi təyinatlı qruplar cəlb edilib, PUA-lardan istifadə edilib.

Təhlükəsizlik qüvvələri silahlılardan iki ədəd M-16 tüfəngi və sursat götürüb. Bölgədə əməliyyatlar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki