image-image_750x_640de34ba050abackend

Türkiyədə yenə zəlzələ oldu

image-reklam_sirab_01

Türkiyənin mərkəzində 4,4 bal gücündə zəlzələ baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələ Geksun şəhərindən 21 km qərbdə, 1 km dərinlikdə yerləşib. Şəhərdə 50 mindən çox insan yaşayır. Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl EMSC Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri 1100 nəfərin yaşadığı Sola şəhərindən 280 km şimal-qərbdə yerləşib. Mənbə 30 km dərinlikdə yerləşirdi. Sunami təhlükəsi elan edilməyib, dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib, yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Suriyada dağıntılara səbəb olub. Təbii fəlakət qurbanlarının sayı 48 minə çatıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki