Türkiyənin “Samsunspor” klubu 11 ildən sonra azarkeşlərinə yenidən Super Liqa sevincini yaşatdı.
Vətəninfo.az xəbər verir ki, “Spor Toto” 1-ci Liqada “Eyüpspor”un “Gençlerbirliği”nə 2:0 hesablı məğlubiyyətindən sonra lider “Yılport Samsunspor” liqanın bitməsinə 6 həftə qalmış 11 ildən sonra Super Liqaya vəsiqəni təmin etdi.
Qeyd edək ki, sonuncu dəfə 2011-2012 mövsümündə Super Liqada mübarizə aparan Qara dəniz təmsilçisi liqanı 16-cı pillədə başa vuraraq aşağı liqaya düşüb.
11 ildən sonra “Samsunspor” azarkeşlərinə yenidən Super Liqa sevincini yaşatdı.
“Spor Toto” 1-ci Liqada yaxşı mövsüm keçirən və 20 oyunluq məğlubiyyətsizlik seriyası yaşayan qırmızı-ağlar 32-ci həftədə “Eyüpspor”un qonaq olduğu “Gençlerbirliği”nə 2:0 hesabı ilə məğlub olaraq, normal mövsümün bitməsinə 6 həftə qalmış Super Liqaya daxil olmaq hüququ əldə etdi.