image-0125ab4f-8e16-32cb-8932-4470c47b62bb_850-1backend

Türkiyənin tanınmış psixiatrı vəfat edib

image-reklam_sirab_01

Türkiyənin tanınmış psixiatrı və yazıçısı Haydar Dümen 91 yaşında dünyasını dəyişib.

Veteninfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, psixiatrın koronavirusdan öldüyü bildirilib.

“Posta” qəzetinin köşə yazarı olan H.Dümen ötən gün dəfn edilib.

Qeyd edək ki, Haydar Dümen 1931-ci ildə Türkiyənin Uşak şəhərində doğulub. O, psixiatriya və seksologiya sahələri üzrə mütəxəssis olub. H.Dümen xüsusilə cinsi mövzulardakı problemləri yumor anlayışı ilə qələmə alaraq geniş oxucu kütləsinə sahib olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki