Vətəninfo.az İSNA-ya istinadən xəbər verir ki, dünən İran və Türmənistan arasında türkmən qazının İraqa tədarükünə dair müqavilə imzalanıb.
Məlumata görə, müqavilənin imzalanması İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbəhaninin və “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Məqsəd Babayevin iştirakı ilə keçirilən mərasimdə baş tutub.
Qeyd olunub ki, SWAP sxemi ilə İran ərazisindən ildə 10 milyard kubmetrədək qaz tədarükü həyata keçiriləcək.
Əldə olunan razılığa əsasən, İran şirkətləri Türkmənistanda qaz təzyiqini artıran üç stansiya ilə birlikdə 125 kilometr uzunluğunda yeni qaz boru kəməri tikəcəklər ki, bu da Türkmənistandan İrana qaz ixracı imkanlarını ildə 40 milyard kubmetrə çatdıra bilər.