image-3333backend

Uels Şahzadəsinə qarşı ağır ittiham-Usamə bin Ladenin qohumlarından 1 milyon funt sterlinq məbləğində ianə alıb

image-reklam_sirab_01

Uels Şahzadəsi xeyriyyə təşkilatı “Əl-Qaidə” terror təşkilatının lideri Usamə bin Ladenin qohumlarından 1 milyon funt sterlinq məbləğində ianə alıb. Kral ailəsinin varisi Əl-Qaidə qurucusunun ögey qardaşlarından pul alıb. Çarlz onlardan biri ilə 2013-cü ilin oktyabrında Bin Ladenin ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülməsindən iki il sonra Vestminsterdəki Clarence House-da görüşüb.

 

Vətəninfo.az xəbər verir ki, belə bir ittihamla “The Times” nəşri çıxış edib.

Qəzet iddia edir ki, şahzadə müşavirlərinin və fond işçilərinin etirazlarına məhəl qoymadan ianələri qəbul etməyə razılaşıb.

Şahzadə Çarlz II Yelizavetanın böyük oğludur və onun ölümündən sonra Britaniya taxt-tacına varis olacaq. Ondan başqa kraliçanın daha üç övladı var: Şahzadə Anna, Şahzadə Edvard və tituldan məhrum edilmiş şahzadə Endryu. Britaniya taxtında ikinci sırada Çarlzın böyük oğlu Şahzadə Uilyamdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki