ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ukraynadakı döyüşlərlə bağlı danışıb.
MKİ direktoru yaxın aylarda baş verəcək döyüşlərin Ukrayna Silahlı Qüvvələri üçün ən kritik döyüş olacağını bildirib.
“Kəşfiyyat kontekstində yaxın bir neçə ay, dörd, beş, altı ay Ukraynadakı döyüş meydanında kritik olacaq” – Börns deyib.
Kəşfiyyat İdarəsinin direktoru əlavə edib ki, Rusiya ordusunun yaxın aylarda əhəmiyyətli uğurları olmayacaq.