Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) ölkəsinin taxıl ixracına qoyduğu məhdudiyyətlərə qarşı olduqlarını bəyan edib.
Vətəninfo.az xəbər verir ki, onlayn olaraq qatıldığı Üç Dəniz Təşəbbüsü Sammitində cari məsələlərlə bağlı açıqlamalar verən V.Zelenski Aİ-nin 5 ölkənin Ukraynadan taxıl idxalına məhdudiyyət qoyduğuna diqqət çəkərək deyib: “Ukrayna gələcəkdə taxıl ixracına hər hansı məhdudiyyətin saxlanılmasının qəti əleyhinədir.
Ukraynanın ixracına hər hansı məhdudiyyət Rusiya terrorçularının vurduğu dağıntıları genişləndirmək deməkdir.
Avropa İttifaqı (Aİ) Komissiyasına müraciət edirəm. Ukrayna azad rəqabətə qarışmır.
Bizə verilən vədlərin, Assosiasiya Sazişinin, azad bazar şərtlərinin pozulmasını qəbul etməyəcəyik.
Avropa qurumları Avropada məyusluğu çoxaltmamalıdır.
Qərbdən verilən sözlərə və vədlərə inamı artırmalıyıq.
Ukrayna Avropa dəyərləri üçün meydanda mübarizə aparır. Arbitraj məhkəmələrində Ukrayna və ortaq Avropa fondları üçün mübarizə aparmağa da gəlsə, beynəlxalq təşkilatların platformalarında bunu da edə bilərik”.
Xatırladaq ki, 2023-cü ilin iyun ayında Aİ Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstanın Ukraynadan taxıl idxalına qoyduğu məhdudiyyəti sentyabrın 15-dək uzadıb.


























