image-00backend

Ukrayna Baş Qərargahı: Rusiya Baxmutu ələ keçirmək cəhdini davam etdirir

image-reklam_sirab_01

Ukrayna Baş Qərargahı Rusiya ordusunun Baxmut şəhərini ələ keçirmək cəhdlərini davam etdirdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Baş Qərargahdan verilən açıqlamada, Rusiya ordusunun əsas səylərini Liman, Baxmut, Avdiyivka, Marinka və Şahtersk istiqamətlərində hücuma cəmlədiyi bildirilib.

Rusiya qüvvələrinin son 24 saat ərzində Donetsk vilayətinin Slovyansk şəhərinin infrastrukturuna raket hücumları həyata keçirdiyinə dair açıqlamada “Düşmən 6 hava hücumu və çoxsaylı atışlı raket sistemlərindən 20 hücum təşkil edib” ifadələri işlədilib.

Açıqlamada Baxmut istiqamətindəki Rusiya əsgərlərinin Baxmut şəhərini ələ keçirmək cəhdlərini davam etdirdiyi bildirilib və Ukrayna ordusunun bu istiqamətlərdə Minkivka və Orihovo-Vasilyivka yaşayış məntəqələrində Rusiya ordusunun hücumlarını dəf etdiyi vurğulanıb.

Həmçinin Donetsk vilayətinin Bohdanivka, Baxmut, Çasov Yar, Kurdyumivka, Drujba, Mayorsk və Nyu-York şəhərlərinin də hücumlara məruz qaldığı vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki