image-bc1575bb-7258-3449-bb4f-9a745ab7bb1f_850backend

Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb

image-reklam_sirab_01

Ukrayna Böyük Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində 446,8 milyon avro kredit alıb. Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın ayırdığı vəsait 424,6 milyon avro təşkil edir.

“Müharibə dövründə Ukrayna üçün dövlət idarəçiliyinin potensialını, səmərəliliyini və davamlılığını qoruyub saxlamaq vacibdir. Yığılan vəsait dövlət sektoru işçilərinin maliyyələşdirilməsini təmin edəcək. Biz Böyük Britaniya hökumətinə və Dünya Bankına dəstəyinə görə minnətdarıq”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki