image-79backend

Ukrayna müdafiə naziri: “Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər”

image-reklam_sirab_01

“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.

Vətəninfo.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna sərhədində genişmiqyaslı hərbi gərginliyin yanvarın sonunda artacağı ehtimal olunur:

“Bizim vəzifəmiz isə eskalasiyanın qarşısını almaqdır. Tərəfdaşlarımızla birlikdə nə qədər yaxşı işləsək, eskalasiya təhlükəsi bir o qədər az olacaq. Biz proseslərin diplomatik həllində maraqlıyıq. Odur ki, tərəfimizdən hansısa təxribat ola bilməz”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki