image-66backend

Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya edib

image-reklam_sirab_01

Ali Rada Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişini ratifikasiya edib.

Veteninfo.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, sənədin lehinə ölkə parlamentinin 303 deputatı səs verib.

Saziş 2020-ci il oktyabrın 16-da Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı imzalanmışdı. Sənəd 21 istiqamət üzrə Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki