image-14backend

Ukrayna Prezident Administrasiyasının rəhbəri ABŞ dövlət başçısının müşaviri ilə danışıb

image-reklam_sirab_01

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak həftə ərzində ikinci dəfə ABŞ dövlət başçısının milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıb.

Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

“Ceyk Sallivanla daha bir mühüm telefon danışığı oldu. Mövcud daxili və xarici siyasi məsələlər barədə məhsuldar söhbət etdik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, onların həftə ərzində ilk telefon danışığı noyabrın 26-da olmuşdu.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki