image-628de704b0eba628de704b0ebb1653466884628de704b0eb8628de704b0eb9backend

Ukrayna yanacaq böhranı ilə bağlı Səudiyyə Ərəbistanından yardım istəyib

image-reklam_sirab_01

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səudla görüşüb.

Bu barədə Ukrayna XİN başçısı “Twitter“də bildirib.

Kuleba deyib ki, Ukrayna ilə Səudiyyə Ərəbistanı dost və tərəfdaş ölkələrdir.

“Görüş zamanı Ukraynanın ərəb və Afrika ölkələrinə ərzaq ixracatının blokadadan çıxarılması yolları müzakirə olundu. Səudiyyə Ərəbistanı Krallığı bunda mühüm rol oynaya bilər. Mən Səudiyyə Ərəbistanından yanacaq böhranımızı həll etməkdə bizə kömək etməsini xahiş etdim”, – Ukrayna xarici işlər naziri qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki