image-13cc4e12-ffe2-38ee-ae66-b1faaa357bcb_850backend

Ukraynanın 2,7 milyon ton taxılı Rumıniya vasitəsilə ölkədən çıxarılıb

image-reklam_sirab_01

“İndiyədək Rumıniya ərazisindən tranzitlə keçməklə Ukraynadan 2,7 milyon tona yaxın taxıl çıxarılıb”.

Bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

O qeyd edib ki, bu, Ukraynanın ixrac etdiyi taxılın ümumi həcminin təxminən yarısını təşkil edir

Rumıniyalı nazir iyulun 15-də Buxarestdə keçirilən Moldovaya Yardım üzrə 2-ci Beynəlxalq Konfrans zamanı 615 milyon avro toplandığını və bunun da 432 milyon avrosunun qrantlardan ibarət olduğunu qeyd edib.

B.Auresku Aİ-nin Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinə dəstəyinin gücləndirilməsinin tərəfdarı olduğunu, bu regionların Rusiyanın hərəkətləri qarşısında xüsusilə həssas olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki