image-640981e80fd80backend

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki bu barədə Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko və digər rəsmilər məlumat yayıb.

Kliçko: “Paytaxtın Holosiiv rayonunda partlayışlar baş verir. Ətraflı məlumat daha sonra veriləcək”.

Xarkov qubernatoru Oleq Sinegubov isə Rusiya qüvvələrinin Xarkov şəhəri və ətrafına hücumlar təşkil etdiyini, düşmən qüvvələri tərəfindən şəhər və rayona 15-ə yaxın avia hücum həyata keçirildiyini, kritik infrastruktur obyektlərin hələ də işğalçıların hədəfində olduğunu bildirib.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko da Telegram hesabından paylaşdığı açıqlamada Rusiyanın geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binalarının dağıldığını, xoş təsadüfdən can itkisi və ya yaralanan olmadığını açıqlayıb.

Ukraynanın Milli Nüvə Enerjisi İstehsalı Korporasiyasının (Energoatom) rəsmi Telegram hesabında isə martın 9-da yerli vaxtla saat 03:53-də Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) raketlə hədəfə alındığı qeyd edilib. Hücum nəticəsində Ukraynanın enerji sistemi ilə atom elektrik stansiyası arasında əlaqənin kəsildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki